“Bakı Metropoliteni” QSC-nin Kommunikasiya departamentinin rəisi vəzifəsinə təyinat olub.
Den.az xəbər verir ki, bu vəzifə Şaban Kamal oğlu İmkaniyə həvalə edilib.
Şaban İmkani 2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsində təhsil alıb.
O, əvvəllər müxtəlif vəzifələrdə çalışıb.
Belə ki, o, 2008-2020-ci illərdə "Azərfon" şirkətində müştərilərlə əlaqələr və marketinq üzrə müxtəlif rəhbər vəzifələrdə, 2020-2024-cü illərdə “Azərbaycan Dəmir Yolları” QSC-də müştəri xidmətləri şöbəsinin rəisi vəzifəsində çalışıb.
Şaban İmkani həmçinin bloger və aktyor kimi də fəaliyyət göstərib.
Qeyd edək ki, Bakı Metropoliteni” QSC-nin yeni sədri Vüsal Aslanov da əvvəllər “Azərbaycan Dəmir Yolları” QSC-də işləyib.
Bakı metropolitenində Kommunikasiya departamentinə rəis təyin edildi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.