fev
2024
22:36
145

"İran öz enerjisini Ermənistan vasitəsilə Avropaya çatdırmaq istəyir" - ƏTRAFLI

4 fev, 2024
22:36
145

"İran öz enerjisini Ermənistan vasitəsilə Avropaya çatdırmaq istəyir" - ƏTRAFLI

İrəvanla Tehran arasında bağlanmış “elektrik enerjisi müqabilində qaz” sazişinin həcmi artırılıb və müddəti 2030-cu ilə qədər uzadılıb. Ermənistan ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan sazişi sərfəli adlandırıb, çünki bu, İran qazının idxalının və Ermənistanın elektrik enerjisi ixracının artması üçün imkanlar açır.

İranla Ermənistan arasında qurulmuş sıx enerji əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri barədə “Den.az”a açıqlama verən enerji sahəsi üzrə ekpert Emin Qəribli bildirib ki, Ermənistan enerji təminatı ilə bağlı xaricdən aslı ölkədir:

"Ölkə enerji ilə təminatının əksər hissəsini atom elektrik stansiyası hesabına ödəyir. Bununla yanaşı ölkə ərazisində istifadə edilən enerjinin bir hissəsini Rusiyadan, müəyyən hissəsini isə İrandan alır. Bu amili nəzərə alaraq Ermənistanın İranla mövcud olan enerji müqaviləsinin müddətini uzatması gözlənilən idi. Biri xristian, digəri islam dininə məxsus olsa da, İranla Ermənistan biri-birinə çox yaxındır. Ümumiyyətlə bu iki ölkənin enerji sahəsi ilə bağlı əməkdaşlıq planlarına nəzər yetirsək, onların xəyallarından çox şeyin keçdiyinin şahidi olarıq.

Hətta hərtərəfli şəkildə qeyri-real görünən İran ərazisində istehsal olunan enerjinin Ermənistan vasitəsilə Avropaya çatdırılması arzuları da var. İran Ermənistana əlavə qaz ixrac edir, həmin qazın əvəzinə Ermənistan atom elektrik stansiyasında istehsal etdiyi elektrik enerjisindən İrana ixrac edir”.

Günəş Fərəh,

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar