“Ermənistan hakimiyyətinin atdığı addımlar səbəbindən Atom Elektrik Stansiyası bağlana bilər”.
Den.az xəbər verir ki, bunu enerji təhlükəsizliyi üzrə ekspert Armen Manvelyan deyib.
“Ermənistanın Atom Elektrik Stansiyasının fəaliyyəti ilə bağlı qərar verə bilməyən mövcud rejimin xarici siyasi oyunların qurbanına çevrilməsi AES-in bağlanmasına səbəb ola bilər. Ermənistan AES ölkədə istehsal olunan elektrik enerjisinin 30-40%-ni ödəyir. MAQATE-nin müsbət rəyinə baxmayaraq, Ermənistan hakimiyyəti AES-in fəaliyyətini bərpa etmir və modul tipli atom elektrik stansiyaları tikəcəyini bəyan edir. Hələ ABŞ öz ərazisində belə bir stansiya tikməyib, amma Ermənistanda artıq bu barədə danışırlar”, – deyə ekspert vurğulayıb.
Günəş Fərəh
Den.az
“Ermənistan hakimiyyətinin atdığı addımlar səbəbindən AES bağlana bilər” - Manvelyan

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.