apr
2024
15:50
125

Azərbaycanda məktəbdə İNSİDENT: şagirdlər bir-birini bıçaqladı

3 apr, 2024
15:50
125

Azərbaycanda məktəbdə İNSİDENT: şagirdlər bir-birini bıçaqladı

Goranboyda şagird bıçaqlanıb.

Den.az xəbər verir ki, hadisə Dəliməmmədli şəhərində yerləşən tam orta məktəbdə baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Den.az-a bildirilib ki, 11-ci sinif şagirdi A. Seyxova bıçaqla xəsarət yetirən şəxsin sinif yoldaşı U. Tağıyev olması müəyyən edilib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi isə açıqlamasında bildirib ki, aprelin 3-də Goranboy rayon Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəbin şagirdləri arasında insident (şagirdlərin bir-birinə xəsarət yetirməsi) qeydə alınıb.

Hazırda idarənin və rayon təhsil sektorunun əməkdaşları da təhsil müəssisəsindədirlər.

Bununla yanaşı, hüquq-mühafizə orqanlarına, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinə, digər aidiyyəti qurumlara məlumat verilib. Hadisə ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar