Xakasiyada 33 yaşlı arvadını qətlə yetirməkdə şübhəli bilinən 39 yaşlı kişi saxlanılıb. İstintaq Komitəsinin məlumatına görə, cinayət iyunun 24-də Çernoqorskda birgə gəzinti zamanı törədilib.
Den.az Rusiya mediasına istinadla xəbər verir ki, istintaqın məlumatına görə, bir yerdə yaşamayan cütlük arasında müntəzəm olaraq qısqanclıq zəminində münaqişələr olub. Adam cinayətə qabaqcadan hazırlaşıb – gedəcəkləri yerdə kürək gizlədib. O, həyat yoldaşını boğduqdan sonra meyiti Energetikov küçəsi yaxınlığındakı boş sahədə basdıraraq ölkəni tərk edib.
İyulun 7-də şübhəli Abakan hava limanında uşaqları götürmək üçün geri qayıtmaq istəyərkən saxlanılıb. İşin başlanmasına səbəb iyunun 30-da mərhumun anasının qızının itkin düşməsi ilə bağlı müraciəti olub.