Rusiyanın Krasnoyarsk vilayətində 24 il əvvəl törədilmiş qətlin üstü açılıb. 56 yaşlı kişi pul üstündə mübahisədən sonra arvadını qətlə yetirdiyini etiraf edib.
Den.az yerli KİV-ə istinadla bildirir ki, İstintaq Komitəsinin məlumatına görə, ər-arvadın münaqişəsi 2001-ci il fevralın 23-də dostunun yataqxanasında içki məclisi zamanı baş verib. 24 yaşlı qadın spirtli içki qəbul etdikdən sonra ərini cüzi maaşına görə qınamağa başlayıb və daha sonra küçəyə qaçıb. Kişi onun arxasınca gedib və arvadını yumruq-təpiklə döyüb. Nəticədə qadın ölüb.
Qətldən sonra kişi dostlarının yanına qayıdıb. O, ifadəsində arvadını tapmadığını, daha sonra onun axtarışlarında fəal iştirak etdiyini və hətta itkin düşdüyü barədə polisə ilk müraciət etdiyini bildirib. Çoxlu bədən xəsarətləri olan meyit iki gün sonra Vodopyanov küçəsindəki qarajlarda tapılsa da, cinayətin üstü açılmayıb.
Müasir məhkəmə-tibbi metodlardan, o cümlədən psixofizioloji tədqiqatlardan istifadə etməklə yenilənmiş istintaq mərhumun ərinə işarə edib. Müstəntiqlər tərəfindən dindirilən şahidlər taleyüklü axşam ər-arvadın yataqxanadan birlikdə çıxdığını gördüklərini təsdiqləyiblər.
Həmin şəxs son bir neçə ildə yaşadığı Sayanoqorskda (Xakasiya) saxlanılıb. Sübutların ağırlığı altında o, təqsirini tam etiraf edib. Hazırda həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir - şübhəlini 15 ilə qədər həbs gözləyir.