Abşeronda qətl törədilib.
Den.az-ın əldə etdiyi məlumata görə, hadisə Aşağı Güzdək qəsəbəsində qeydə alınıb.
Zaqatala rayon sakini, 1993-cü il təvəllüdlü Məhəmməd Ramazan oğlu Daşdəmirov kirayədə yaşadığı evdə arvadı, 2002-ci il təvəllüdlü Günay Rövşən qızını boğaraq öldürüb.
Hadisə qısqanclıq zəminində törədilib.
M.Daşdəmirov könüllü olaraq Zaqatala Rayon Polis Şöbəsində gedərək təslim olub.
Araşdırmalar Abşeron rayon prokurorluğu tərəfindən aparılır.