Quba rayonunda ər-arvadın ölümü ilə bağlı cinayət işi başlanıb.
Bu barədə rayon prokurorluğu məlumat yayıb.
Məlumata görə, martın 18-də Zizik kəndində 1966-cı il təvəllüdlü Ceyhun Ağasıyev və 1970-ci il təvəllüdlü Gülygəz Ağasıyevanın meyitləri aşkar edilib.
Aparılan ilkin araşdırmalar zamanı müəyyən olunub ki, Ceyhun Ağasıyev həyat yoldaşını öldürdükdən sonra intihar edib.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda hadisə üzrə istintaq davam etdirilir.

