Sumqayıtda 34 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
DenMedia.az xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçiriblər.
Belə ki, tədbir zamanı əvvəllər məhkum olunmuş 42 yaşlı Fariz Quliyev və tanışı, 38 yaşlı Fuad Qurbanovdan 1 kiloqram 500 qram heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.
Növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılan, əvvəllər məhkum olunmuş 44 yaşlı Kamal Xudioğlundan isə 9 kiloqram 130 qram marixuana, 26 yaşlı Ceyhun Babaşovdan isə 10 kiloqram marixuana və 1 kiloqramdan artıq tiryək aşkarlanıb.

