Ağdaşda qətl hadisəsi baş verib.
Denmedia.az-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Aşağı Qobuüstü kəndi ərazisində qeydə alınıb.
Belə ki kənd sakini 37 yaşlı Rahib Əbilov aralarında yaranan ailə münaqişəsi zəmnində 70 yaşlı anası Anaxanım Əbilovanı amansızlıqla qətlə yetirdiyi bildirlir.Hadisə yerinə rayonun hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub qadının meyidi ərazidən götürülərək aidiyyatı üzrə təhvil verilib.
Mərhumun oğlu Mehman Əbilovun sözlərinə, hadisəni biz səhər eşitmişik. Zəng gəldi ki,dur özünü tez bura çatdır .Durub getmişik , anamız yolun ortasındadı. Qardaşım içkili anlaqsız vəziyyətdə olub .Necə olubsa bilmirəm anamı öldürüb.Əvəllər söz söhbət edən idi. İndi bilmirik necə olub.Evdə ana bala ikisi olub, heç kəs olmayıb. Yoldaşın aparıb Ağdaşa qoyub anası gilə, gəlib axşamda anamızın yanında , yəni evdə olub. Anam onun əlindən qaçmaq istəyib küçədə vurub öldürüb.İçkili olub ailəlidir 3 uşağı var .Evin sonbeşiyi idi anam onunla yaşayırdı-deyə mərhumun oğlu bildirib.
Qeyd edək ki, Ağdaş rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən qadının oğlu, 37 yaşlı Rahib Əbilov saxlanılıb.Hazırda faktla bağlı Ağdaş rayon prokurorluğunda araşdırmalara başlanılıb.
Aqil Əsədov
Denmedia.az

