Bakı şəhərinin Qaradağ rayonunda qanunsuz dövriyyədən 42 kiloqram narkotik vasitə çıxarılıb.
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsinin təşkilində şübhəli bilinən 39 yaşlı Qurban Əliyev və 41 yaşlı Eşqin Qumbətov saxlanılıblar.
Saxlanılan şəxslərdən 42 kiloqram 235 qram zərərli maddələrlə qarışdırılmış marixuana, həmçinin 500 ədəd psixotrop maddə olan metadon həbi aşkar edilib.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər ölkə ərazisində narkotiklərin satışı ilə məşğul olub və əsasən gəncləri narkokuryer fəaliyyətinə cəlb ediblər.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

