Biləsuvar rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu məlumat yayıb. Bildirilib ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçiriblər.
Əməliyyat zamanı 32 yaşlı Şəhriyar Cahangirli və 33 yaşlı Əli Quliyev saxlanılıb.
Onların üzərindən 12 kiloqramdan artıq marixuana, həşiş və tiryək aşkar edilərək götürülüb.
Digər əməliyyat tədbiri nəticəsində isə 30 yaşlı Samir Muradov analoji cinayətdə şübhəli bilinərək saxlanılıb. Ondan 4 kiloqram marixuana, tiryək və psixotrop tərkibli həblər götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanıb.
Məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

