Bakının Binəqədi rayonunda yerləşən mağazalardan birində ödəniş terminalından oğurluq edilib.
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar.
Saxlanılanların əvvəllər məhkum olunmuş 33 yaşlı Eldar Zeynalov və 30 yaşlı Tahib Əmiraslanov olduğu bildirilir.
Araşdırma zamanı məlum olub ki, onlar gecə saatlarında Binəqədi rayonunun 28 May qəsəbəsində yerləşən mağazadakı ödəniş terminalını sındıraraq oradan 3 min manatdan çox pul oğurlayıblar.
Oğurluq anı mağazanın təhlükəsizlik kameraları tərəfindən də qeydə alınıb.
Faktla bağlı araşdırma davam etdirilir.

