Şəkidə bıçaqlanma hadisəsi baş verib.
Den.az xəbər verir ki, hadisə Şəkinin Kiçik Dəhnə kəndi ərazisində qeydə alınıb.
Kənd sakini, 36 yaşlı Rəhman Abdulkərimov aralarında yaranmış şəxsi mübahisə zəminində həmyerlisi, 50 yaşlı Bəşir İlyasova bıçaqla xəsarət yetirib.
Polis R.Abdulkərimovu saxlayıb.
Fakt üzrə araşdırma aparılır.