Lənkəranda narkotik tərkibli 116 kol aşkarlanıb, hadisə ilə bağlı 3 nəfər saxlanılıb.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Mirxas Abbasov, Elməddin Məmmədov və Şamil Kəlbiyev saxlanılıblar.
Araşdırma zamanı onların aqrotexniki qaydada qulluq edərək yetişdirdikləri 116 ədəd narkotik tərkibli kol aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

