Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində 28 yaşlı kişi bıçaq xəsarətləri alıb.
Denmedia.az report-a istinadla xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənin atası, 71 yaşlı Nadir Novruzov polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, Təhmasib Novruzovla atası arasında mübahisə yaranıb. Mübahisə zamanı Nadir Novruzovun oğluna bıçaqla xəsarət yetirdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma davam etdirilir.

