Gəncədə 43 yaşlı kişini bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Denmedia.az apa-ya istinadən bildirir ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü M. Məmmədzadə saxlanılaraq istintaqa təhvil verilib.
İlkin araşdırmalara görə, hadisə tərəflər arasında söyüş üstündə yaranan mübahisə zamanı baş verib.
Hadisə nəticəsində 1983-cü il təvəllüdlü A. Yusifov bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Dava zamanı daha 3 nəfər yüngül bıçaq xəsarətləri alıb. Yaralılara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicə üçün evə buraxılıblar.
Hadisə Gəncənin Poçt qəsəbəsində, restoranlardan birinin yaxınlığında qeydə alınıb.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

