İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycana narkotik vasitələrin qanunsuz keçirilməsinə cəhd göstərilib.
Oktyabrın 15-də keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 16 kiloqram 600 qram narkotik vasitə, həmçinin tərkibində psixotrop maddələr olan 1970 ədəd “Metadon M-40” həbi aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

