Xəzər dənizinin Azərbaycana məxsus sektorunda 8 kiloqram 600 qram narkotik vasitə aşkar edilib.
Bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Bildirilib ki, narkotik vasitələr Lənkəran reydi ərazisində, sahildən 20 dəniz mili məsafədə aşkarlanıb.
Əməliyyat Sahil Mühafizəsinin sahil nəzarəti bölməsi, texniki müşahidə məntəqəsi və sərhəd gəmisinin birgə fəaliyyəti nəticəsində həyata keçirilib.
Bundan başqa, sərhədçilər uzunluğu 350 metr olan sintetik torla dolu kisə aşkar edərək götürüblər.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

