İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində qeydə alınıb.
Oktyabrın 18-də keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 6 kiloqram 485 qram olan narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

