Dekabrın 9-da Gəncədə toyda 4 nəfəri bıçaqlayan şəxslər tutulub.
DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov “Den.az”-a bildirib ki, hadisəni törədənlərin şəxsiyyəti müəyyənləşdirilib. Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Taleh Musayev və Cəfər Cəfərov saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, hadisə Gəncənin Mahrasa bağı adlan ərazisində yerləşən şadlıq sarayında qeydə alınıb. 1972-ci il təvəllüdlü Kəpəz Əliquliyev, 1983-cü il təvəllüdlü Akif Rüstəmov, Əli Musayev və Pərviz Eyvazov adlı şəxslər toyda bıçaqlanıblar və xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi açılıb.
Şadlıq evində 4 nəfəri bıçaqlayanlar tutuldu

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.