19 
yan
2024
15:56
112

Şadlıq evində DƏHŞƏT: özündən 34 yaş böyük kişini öldürmək istədi

19 yan, 2024
15:56
112

Şadlıq evində DƏHŞƏT: özündən 34 yaş böyük kişini öldürmək istədi

Şəmkirdə şadlıq evində bıçaqlanma hadisəsi baş verib. 

Şəmkir rayon prokurorluğundən Den.az-a verilən məlumata görə, yanvarın 18-də saat 15 radələrində Şəmkir rayonunun Dəllər-Cəyir kəndində yerləşən şadlıq saraylarından birində 1973-cü il təvəllüdlü Elsevər Əkbərliyə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
 
Araşdırma zamanı rayonun Dəllər-Cırdaxan kənd sakini, 2007-ci il təvəllüdlü Umud Cəfərovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Elsevər Əkbərlini qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.  

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb, Umud Cəfərov iş üzrə şübhəli şəxs qismində tutulub.   Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar