14 
mar
2024
15:08
175

Bakıda DƏHŞƏT: 32 yaşlı kişini küçədə öldürdü

14 mar, 2024
15:08
175

Bakıda DƏHŞƏT: 32 yaşlı kişini küçədə öldürdü

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Baş Prokurorluqdan Den.az-a verilən məlumata görə, martın 14-ü, saat 14 radələrində paytaxtın Yasamal rayonu ərazisində 32 yaşlı Pünhan Fərzallının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 24 yaşlı Şahlar Ağayevin Yasamal rayonu, Tbilisi prospekti ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Pünhan Fərzallını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Şahlar Ağayev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar