Astroloji səhnədə mühüm bir dəyişiklik baş verir: 2025-ci ilin ikinci yarısından etibarən Uran hava ünsürlü Əkizlər bürcünə daxil olur. Bu keçid bürclər aləmində təkcə enerjilərin deyil, həm də düşüncə tərzinin dəyişəcəyindən xəbər verir.
Den.az xəbər verir ki, texnologiya, ünsiyyət və yenilik planetinin intellektual Əkizlərə keçidi yeni dövrün astanasını qoyur.
Qoç, Əkizlər, Dolça üçün əsl sıçrayış dövrü
Qoç bürcü üçün bu dövr yenilənmiş fikirlər, startap ideyaları və fərqli yanaşmalarla doludur. Əkizlər isə Uranın öz bürcündə olması ilə intellektual partlayış yaşayacaq – yazı, təhsil, jurnalistika və rəqəmsal platformalarda böyük irəliləyiş mümkündür. Dolça bürcləri üçün bu keçid yaradıcılıq və texnoloji layihələrdə dönüş nöqtəsi ola bilər.
Buğa və Əqrəb üçün alışqanlıqlardan qopma vaxtıdır
Uranus sabitliyi sevmir. Buğa və Əqrəblər üçün bu dəyişiklik dövrü narahatlıq doğursa da, onları mövcud sabit zonalarından çıxmağa vadar edəcək. Maliyyə və şəxsi münasibətlər sahəsində gözlənilməz yenilənmələr mümkündür.
Xərçəng və Oğlaq üçün daxili transformasiya dövrü
Əkizlər Uranla dəyişən informasiya axını Xərçəng və Oğlaq bürcünü daha çevik və açıq düşüncəli olmağa təşviq edəcək. Gələn 7 il ərzində bu bürclər üçün köhnə düşüncə formalarını buraxmaq qaçınılmaz olacaq.
Yenilik, texnologiya və ünsiyyətə yönəlmiş bir dövr
Ümumilikdə bu keçid insanları daha çevik, analitik və texnologiyaya adaptiv olmağa çağırır. Kollektiv düşüncə, süni intellekt və rəqəmsal maariflənmə ön planda olacaq.
Bu dəyişiklik 2025-dən 2033-cü ilə qədər davam edəcək və dünya miqyasında informasiya erasını daha da dərinləşdirəcək.