Orqanizmdə duzun normadan artıq olması infarkt və insult riskini artırır.
Denmedia.az xəbər verir ki, bu barədə endokrinoloq Armina Afonina “RIAМО” agentliyinə müsahibəsində məlumat verib. Onun sözlərinə görə, duzun ziyanı yalnız ürək-damar sistemilə məhdudlaşmır — eyni zamanda sidikqovucu sistem də zərər görür.
“Orqanizmdə duzun miqdarı artdıqda ağız quruluğu, daimi susuzluq hissi, halsızlıq, bel nahiyəsində diskomfort və şişkinlik (ödemlər) müşahidə oluna bilər,” – deyə həkim bildirib.
Afoninanın sözlərinə görə, duzun həddindən artıq qəbulu orqanizmdə mayenin ləngiməsinə, qan həcminin artmasına və bu səbəbdən ürəyə əlavə yük düşməsinə səbəb olur. Zaman keçdikcə bu vəziyyət arterial hipertenziyanın yaranmasına gətirib çıxarır ki, bu da ürək-damar sisteminin fəaliyyətini zəiflədir və infarktla insult ehtimalını artırır.
Bundan əlavə, həkim vurğulayıb ki, duzun artıqlığı böyrəklərin fəaliyyətinə mənfi təsir edir — sidik yollarında daş əmələ gəlməsi və fosfor-kalsium mübadiləsinin pozulması riski yüksəlir.