DenMedia.az xəbər verir ki, kardioloq və funksional diaqnostika üzrə həkim Olqa Savonina KP.RU ilə söhbətdə, yeməkdən sonra yaranan aritmiyanın bəzən ürəklə deyil, mədə-bağırsaq sistemi ilə bağlı ola biləcəyini bildirib.
Onun sözlərinə görə, əvvəlcə ürək-damar xəstəlikləri, qalxanabənzər vəzin pozğunluğu və ya anemiyanın istisna edilməsi vacibdir. Əgər bu xəstəliklər aşkarlanmazsa, növbəti addım mədə-bağırsaq traktının yoxlanılmasıdır.
Mütəxəssis qeyd edib ki, yeməkdən sonra ürəyin ritmində pozğunluqlar bəzən mədə xorası, iltihabi proseslər və hətta onkoloji problemlərlə bağlı ola bilər.
Savonina onu da vurğulayıb ki, aritmiyanın səbəblərindən biri qastroezofageal reflüks xəstəliyi (GERB) ola bilər:
“Özofaqın aşağı hissəsində iltihab olduqda, o, sol qulaqcıqla təmasda olur. Bu isə ürəkdöyünmənin artmasına və aritmiyaya gətirə bilər”.
Həkim insanlara dəqiq səbəbi müəyyənləşdirmək üçün mütləq mütəxəssisə müraciət etməyi tövsiyə edib.