ABŞ-ın Ayova ştatında bir kişi 47,6 kiloqramlıq yayın balığı tutaraq yeni rekord müəyyənləşdirib.
DenMedia.az xəbər verir ki, bu barədə WHO-DT telekanalı məlumat yayıb.
Məlumata görə, bu göstərici 2004-cü ildə qeydə alınmış əvvəlki rekordu – 45 kiloqramlıq yayın balığını – üstələyib.
Telekanal qeyd edir ki, balığın uzunluğu 152,4 santimetr olub.
Balıqçı bildirib ki, onu tutmaq üçün 35 dəqiqə mübarizə aparmalı olub. Daha sonra o, balığı konteynerə yerləşdirərək mütəxəssislərə aparıb və yoxlamadan sonra balığı yenidən çaya buraxıb.

