22 
mar
2024
20:11
302

DƏHŞƏT: İnsanın mədəsindən canlı ilan balığı çıxarıldı

22 mar, 2024
20:11
302

DƏHŞƏT: İnsanın mədəsindən canlı ilan balığı çıxarıldı - FOTO

Vyetnamda həkimlər xəstənin mədəsindən diri ilan balığını çıxarıblar.

"Den.az"
xarici mediaya istinadla xəbər verir ki, 34 yaşlı kişi şiddətli qarın ağrısı ilə xəstəxanaya çatdırılıb. Həkimlər xəstənin rentgen və ultrasəs müayinəsi aparıblar. Nəticədə onun qarın boşluğunda yad cisim aşkarlanıb. Həkimlər vəziyyəti müzakirə edərək, təcili cərrahiyə əməliyyatına ehtiyac olduğuna qərar veriblər.

Məlum olub ki, xəstənin mədəsində 30 sm uzunluğunda diri ilan balığı olub, əməliyyat uğurla keçib və kişi tədricən normal vəziyyətə düşüb. Balığın onun bədəninə necə daxil olmasına isə dəqiq cavab yoxdur.

Bununla belə, ilan balığının mədədə bu qədər vaxt keçirərək sağ çıxması xəstəxana işçilərini daha çox təəccübləndirib. Həkimlər hesab edirlər ki, balıq çürüməyə başlayıb və bu, həyati təhlükəsi olan ciddi fəsadlara səbəb ola bilərdi.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar