İspaniya kralı VI Felipenın böyük qızı, şahzadə Leonor hərbi hazırlığın mühüm mərhələsini uğurla başa vurub. O, təlim təyyarəsi ilə instruktorsuz ilk tək uçuşunu həyata keçirib. Bu barədə Vanity Fair nəşri məlumat yayıb.
Bu nailiyyət 20 yaşlı şahzadəni İspaniya monarxiyası tarixində tək uçuş edən ilk qadın edib. Leonorun pilot kimi qazandığı uğur kral ailəsində uzun illər yalnız kişilərə məxsus hesab edilən hərbi aviasiya ənənəsinin simvolik şəkildə qırılması kimi dəyərləndirilir.
Şahzadə uçuşu Pilatus PC-21 tipli təlim-tədris təyyarəsinin sükanı arxasında həyata keçirib. Bununla o, atası kral Felipe və babasının yolunu davam etdirib — hər ikisi də vaxtilə hərbi hazırlıq çərçivəsində təyyarə pilotu olublar.
Leonor hazırda Aeronavtika və Kosmos üzrə Baş Hərbi Akademiyada intensiv təlim proqramından keçir. Bundan əvvəl o, Saraqosadakı Ali Hərbi Akademiyada bir il, daha sonra isə hərbi-dəniz məktəbində bir il təhsil alıb.

