Yeni il bayramlarından sonra biokimyəvi qan analizi vermək vacibdir. Bu barədə NEWS.ru-ya Moskva vilayəti Səhiyyə Nazirliyinin Krasnoqorsk Xəstəxanasının terapevti Anastasiya Lozikova bildirib.
Həkimin sözlərinə görə, yoxlamanın əsas mərhələsi olan bu analiz qaraciyərin vəziyyətini göstərir. Bayramdan sonrakı dövrdə xüsusilə ALT, AST, bilirubin və qamma-qlutamiltransferaza göstəricilərinə diqqət yetirilməlidir. Lozikova vurğulayıb ki, alkoqol və yağlı qidaların artıq qəbuluna ilk reaksiya verən orqan məhz qaraciyərdir və dəyişikliklər hətta aydın simptomlar olmadan da qala bilər.
Mütəxəssis əlavə edib ki, karbohidrat mübadiləsinin göstəricilərinin qiymətləndirilməsi də vacibdir. Bu analiz qlükoza və qlikozilləşmiş hemoqlobin səviyyəsini müəyyən etməyə imkan verir; xüsusən artıq çəkisi olan və şəkərli diabetə irsi meyli olan pasiyentlər üçün önəmlidir.

