İlin yekunlarının çıxarılması özünü qınamaq və motivasiyanı itirmək üçün deyil, inkişaf nöqtələrini müəyyənləşdirmək üçün bir alət ola bilər. Bu fikri NEWS.ru-ya açıqlamasında biznes-psixoloq Elena Golubovich-Krasavtseva səsləndirib.
Onun sözlərinə görə, bu prosesin əsas məqsədi hadisələri “yaxşı” və ya “pis” kimi qiymətləndirmək deyil, baş verənləri obyektiv təhlil etməkdir.
Mütəxəssis qeyd edib ki, ilin sonunda insanlar tez-tez özlərinə bu sualları verirlər: “Nəyə nail oldum?”, “Nə alınmadı?”, “Planlarımın baş tutmamasında mənim günahım varmı?”. Bu düşüncələr faydalı ola bildiyi kimi, həddindən artıq özünütənqidə və ruh düşkünlüyünə də yol aça bilər.
Goluboviç-Krasavtsevanın sözlərinə görə, ilin yekunlarının çıxarılması idarəetmə alətidir və onun vəzifəsi gələcək üçün nəyin işlədiyini, nəyin dəyişdirilə biləcəyini anlamaqdır. O vurğulayıb ki, yetkin insanın gücü yalnız uğurda deyil, prosesin özündə də dəyər görə bilməsindədir.
Psixoloq əlavə edib ki, konstruktiv təhlil üçün diqqəti “bacarmadım” düşüncəsindən “nəticəyə nə təsir etdi?” sualına yönəltmək lazımdır. Onun fikrincə, şəxsin birbaşa nəzarət etdiyi sahələrlə xarici təsir amillərini ayırd etmək sağlam özünəqiymətləndirməni qorumağa kömək edir.
Sonda Goluboviç-Krasavtseva bildirib ki, hər il mütləq sıçrayış ili olmaq məcburiyyətində deyil.
Məqsədlər hipotezdir və onların reallaşmaması bəzən səylərin azlığından deyil, şəraitin dəyişməsindən və ya yanlış ilkin fərziyyələrdən qaynaqlanır. Bu anlayışın özü belə, dəyərli nəticə sayılır.

