Kəskin respirator virus infeksiyası ilə işə çıxmaq həm xəstənin özü, həm də onunla eyni mühitdə olan insanlar üçün təhlükə yaradır. Bu barədə Gazeta.Ru-ya həkim Olqa Ulankina bildirib. Onun sözlərinə görə, zəifləyən immunitet fonunda tam sağalmamış soyuqdəymə ürək və böyrəklərlə bağlı ciddi fəsadlara səbəb ola bilər.
Həkim qeyd edib ki, soyuqdəymə vəziyyətində işə getmək düzgün yanaşma deyil və ilk növbədə ətrafdakıların sağlamlığını risk altına qoyur. Xəstəliyin ilk 3–4 günü ərzində insan xüsusilə yoluxdurucu olur. Virus danışarkən, asqırarkən və hətta əşyalara toxunduqda da yayıla bilər.
Ulankinanın sözlərinə görə, soyuqdəyməni ayaq üstə keçirməyin tez-tez rast gəlinən fəsadları sinusit və bronxitdir. Ən təhlükəli nəticə isə pnevmoniyanın inkişafı ola bilər.

