D vitamini çatışmazlığı immun sisteminin zəifləməsinə, xroniki yorğunluğa, sümüklərin vəziyyətinin pisləşməsinə və soyuqdəymə hallarının artmasına səbəb ola bilər. Bu barədə ROSBİOTEX Universitetinin terapiya kafedrasının müdiri Aleksandr Konkov Gazeta.ru nəşrinə açıqlamasında bildirib. O vurğulayıb ki, bu vitamin xüsusilə qış dövründə mühüm rol oynayır.
Konkovun sözlərinə görə, D vitamini uşaqlar və yeniyetmələr üçün xüsusilə vacibdir. Böyümə dövründə vitaminin çatışmazlığı skeletin, dişlərin və əzələ sisteminin formalaşmasına mənfi təsir göstərir. Uşaqlarda raxitə bənzər əlamətlər, zəiflik və fiziki inkişafın ləngiməsi müşahidə oluna bilər.

