Tanınmış heykəltəraş və rəssam Zurab Sereteli 91 yaşında vəfat edib.
“Den.az” xəbər verir ki, bu barədə məlumatı onun köməkçisi Sergey Şaqulaşvili açıqlayıb.
Onun sözlərinə görə, Sereteli bu gecə vəfat edib.
Qeyd edək ki, 1934-cü ildə Tbilisidə anadan olan məşhur rəssam, həmçinin Moskva Müasir İncəsənət Muzeyinin təsisçisi və direktoru olub.