Maqomayevin doğum günüdür.
Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakıda anadan olub. Güclü səsi, geniş vokal imkanları və səhnə mədəniyyəti ilə qısa müddətdə böyük şöhrət qazanan sənətçi Azərbaycan musiqisinin ən parlaq simalarından birinə çevrilib.
O, həm opera səhnəsində, həm də estrada janrında uğur qazanaraq milyonlarla dinləyicinin sevgisini qazanıb. Maqomayevin repertuarında “Azərbaycan”, “Sənsiz”, “Mavi əbədiyyət”, “Buhenvald harayı” kimi yaddaşlara həkk olunan əsərlər yer alıb.
Sənətçi uzun illər ərzində Azərbaycanın musiqi mədəniyyətini keçmiş SSRİ məkanında və dünyada tanıdıb. Onun ifasında səslənən mahnılar bu gün də populyarlığını qoruyur.
Müslüm Maqomayev 2008-ci il oktyabrın 25-də Moskvada, 66 yaşında vəfat edib. O, Bakıda, Fəxri xiyabanda dəfn olunub.



