Azərbaycanın ilk qadın idman ustası, Əməkdar artist, diktor Züleyxa Hacıyeva 103 yaşında vəfat edib.
Bu barədə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov məlumat verib.
O, Züleyxa Hacıyevanın Azərbaycan radiosunda uzun illər fəaliyyət göstərdiyini və milyonlarla dinləyicinin yaddaşında qalan unikal səsə sahib olduğunu vurğulayıb.
Qeyd edək ki, Züleyxa Hacıyeva 1941-ci ildə SSRİ idman ustası adına layiq görülüb, 1941–1948-ci illərdə gimnastika üzrə yeddi dəfə Azərbaycan çempionu olub. O, 1942–1992-ci illərdə Azərbaycan radiosunda diktor kimi çalışıb.

