12 
apr
2024
21:37
215

Əməkdar artist vəfat etdi-FOTO

12 apr, 2024
21:37
215

Əməkdar artist vəfat etdi-FOTO

Azərbaycanın Əməkdar artisti Namis Şirməmmədov vəfat edib.

“Den.az” xəbər verir ki, aktyor bu gün 62 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Namis Şirməmmədov 3 aprel 1962-ci ildə anadan olub. 1983-1989-cu illər ərzində Sumqayıt Dövlət Dram Teatrında çalışıb. Həsənağa Turabovun dəvət ilə 1997-ci ilədək Akademik Milli Dram Teatrında fəaliyyət göstərib.

N.Şirməmmədov daha çox dramatik xarakterli rollar oynayıb. 2008-ci ildən isə teatrın quruluşçu rejissoru kimi fəaliyyət göstərib.

2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Əməkdar artist” fəxri adına və 2013-cü ildə “Tərəqqi” medalına layiq görülüb.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar