Azərbaycanın Xalq artisti, tanınmış rejissor və aktyor Aleksandr Şarovskinin səhhəti ağır qiymətləndirilir və o, Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində müalicə olunur.
Sənətkarın həyat yoldaşı Nataliya Şarovskaya həkimlərin onun həyatı üçün səylə çalışdıqlarını, lakin hələlik hər hansı dəqiq proqnoz verməyin çətin olduğunu bildirib.
Qeyd edək ki, 76 yaşlı Aleksandr Şarovski uzun illərdir Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının baş rejissorudur.

