İki gün əvvəl prezident İlham Əliyev Quba RİH-nin başçısı Ziyəddin Əliyevin vəzifədən azad edilməsi barədə sərəncam verdi.Beləliklə də 2017-ci ildən bəri icra başçısı olan Ziyəddin Əliyevin 5 illik vəzifə səlahiyyətinə son verildi.Bəs görəsən Ziyəddin Əliyevin vəzifədən azad edilməsinə nə səbəb oldu?
Den.az xəbər verir ki, 7Times.az etibarlı mənbələrə istinadən araşdırıb əldə etdiyi məqamları diqqətinizə çatdırır.
5 illik icra başçılığı müddətinin hər ilini bir qalmaqal bir səda ilə başa vuran Ziyəddin Əliyevin sonuncu qalmaqallı insidenti bardağı daşıran son damcı oldu desək yanılmarıq.Onun Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəisi Rüfət Haciyevlə aralarında yaşanan kibirli insidenti az qala bir qan davasına çevrilmişdi.Vəziyyət o həddə gəlib çatmışdı ki,icra başçısı ilə idarə rəisi,bir-birlərini artıq fiziki təzyiqlərlə təhdid etməyə başlamışdı.İnzibati intiriqalar icra başçısı ilə idarə rəisi arasında küçə söyüşləri ilə bir-birlərinə təhdid edəcək həddə qədər yetişmişdi.
Və 2023-cü ilin yanvar ayında icra başçısı Ziyəddin Əliyev öz müavini Ruslan Şahbalayev(Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri)vasitəsi ilə Quba rayon prokurorluğuna Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəisi Rüfət Hacıyev barəsində yazılı müraciət etdirir.Həmin müraciət əsasında Quba rayon prokurorluğunda Rüfət Hacıyev barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308,1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.
Məhz bu məqam bardağı daşıran son damcı olub. Beleki,”mərkəz”-in razılığı olmadan regional bir qrum rəhbəri haqda bu cür ani qərar verib cinayət işi açdırmaq “yuxarılar”-ın xoşuna gəlmiyib.Əldə etdiyimiz məlumata görə bundan sonra Elm və Təhsil naziri Emin Əmrullayev məsələ barədə ölkə rəhbərliyinə məruzə edib.Məs elə bu məruzə icra başçısının aqibətini müəyyənləşdirib.
İcra başçısı buna görə işdən azad edilib? – MARAQLI SƏBƏB

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.