Bir neçə gün bundan öncə Quba Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ziyəddin Əliyevin zavodunda faciə baş verib.
"Den.az" xəbər verir ki, Qubada fəaliyyət göstərən asfalt-beton zavodunda fəhlə işləyən Ənvər adlı şəxs KON asfalt döşəyən avtomobilinin altında qalıb. O, avtomobilin altında qalmaq təhlükəsində olan iti qovmaq istəyərkən faciə baş verib.
Onu təcili olaraq Bakıdakı özəl xəstəxanaların birinə çatdırıblar. Həkimlərin səyinə baxmayaraq, o, dünyasını dəyişib.
Əldə etdiymiz məlumaat görə, hadisə zamanı ölən Ənvər adlı şəxs , Ziyəddin Əliyevin qardaşı Musa Əliyevin qaynıdır. Saray qəsbəsində keçirlən yas mərasimində mübahisə davaya çevrilib. Yasa gələn Ziyəddin Əliyev və qardaşı Şahvələdin ölən şəxsin yaxınları tərəfindən daş qalaq edildiyi iddia olunur.
Böyük səs küyə səbəb olan hadisə yerinə Polis əməkdaşları cəlb edilib.
Qeyd edək ki, keçmiş icra başçısına məxsus olan zavod ötən ilin oktyabrın 28-də istifadəyə verilib.
Z.Əliyev 2017-ci ilin dekabrından Qubanın icra başçısı vəzifəsində çalışıb. Prezident İlham Əliyevin Sərəncamı ilə iyun ayında vəzifəsindən azad edilib.
Zavodda faciəvi şəkildə ölən Ənvər , Ziyəddin Əliyevin yaxın qohumu imiş-YAS MƏRASİMİNDƏ EKS İCRA HAKİMİYYƏTİ BAŞÇISI DAŞQALAQ EDİLİB-FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.