Bakıdakı məşhur "Buta Palace" sarayında toyu olmuş bəy-gəlin boşanıb.
Den.az xəbər verir ki, boşanma haqda xəbəri vəkil İsrafil Əlili "Facebook" hesabında ictimailəşdirib. O bildirib ki, ər-arvadın birgə yaşayışı cəmi 1 ay sürüb.
Vəkil sözügedən boşanma zamanı tərəflərdən birinin vəkili olub.
O, qeyd edib ki, bəy-gəlinin "Buta Palace"dakı toyunda təkcə zalın bəzədilməsinə 100 min manatdan çox xərc çəkilibmiş:
"Toyda iştirak edən müğənnilərə verilmiş pullara Yeni Yasamalda 2 otaqlı təmirli mənzil almaq olardı. Toy maşını üçün 3-4 saatlıq icarə haqqı bir vəkilin 3-4 ay davam edən boşanma üçün aldığı xidmət haqqından daha çox idi. Gəlini məşhur stilist Anar Ağakişiyev bəzəmişdi. Ona da 4 rəqəmli pul vermişdilər. Di gəl ki, ən sonda tərəflər arasında bazar dəyəri 2 min manat dəyərində olan "iPhone" telefonunun davası gedirdi. Bu işdə insanlıq naminə məni çox üzən mənzərələrə şahidlik etsəm də, nəticədə bir müsbət hal yaşandı. Toyu "Buta Palace"da olmuş şəxsin verdiyi qonorarla özümə növbəti butalı qalstukumu aldım".
İsrafil Əlili sonda boşananan ər-arvadın üstündə dava etdiyi "iPhone" telefonunun kimdə qaldığına da aydınlıq gətirib:
"Bu davadan qalib çıxan vəkili mən olduğum tərəf - yəni, arvad oldu. "iPhone" cihazı bizdə qaldı".
Vəkil boşanan cütlüyün ad-soyadlarını gizli saxlayıb.Ölkə.az
“iPhone”u bölə bilmədilər - Bakıda QEYRİ-ADİ BOŞANMA

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.