ABŞ-də yerləşən texnologiya nəhəngi öz yeni məhsullarını təqdim etməyə hazırlaşır.
Den.az xəbər verir ki, "Apple”ın təqdimat tarixi açıqlanıb. iPhone 15 seriyası və digər məhsullar 12 sentyabr 2023-cü il, saat 20:00-da təqdim ediləcək.
"Apple”ın 'Wonderlust' tədbiri çərçivəsində 6,1 düymlük iPhone 15, 6,7 düymlük iPhone 15 Plus, 6,1 düymlük iPhone 15 Pro və 6,7 düymlük iPhone 15 Pro Max modellərini təqdim edəcəyi gözlənilir.
Digər tərəfdən, tədbirdə yeni iPhone 15 modelləri ilə yanaşı, Apple Watch Series 9 və Apple Watch Ultra-nın da yeni versiyasının təqdim ediləcəyi gözlənilir. Bundan əlavə, tədbirdən sonra iOS 17, iPadOS 17, watchOS 10 və tvOS 17-nin buraxılması gözlənilir.
Məlumata görə, iPhone 15-in qiyməti 3800 AZN-dən başlayacaq. 2023-cü ilin ən bahalı iPhone modeli olan iPhone 15 Pro Max 5400 AZN-dən başlayan qiymətə satılacaq.
iPhone 15 bu qiymətə olacaq – MƏBLƏĞ AÇIQLANDI

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.