Xaçmaz şəhəri Akademik Zərifə Əliyeva adına 8 saylı məktəb-liseyin direktoru Rasim Muradov vəzifəsindən azad edilib.
"Den.az"- ın şimal birosunun məlumatına görə, direktorun müqaviləsinin vaxtı başa çatıb, onunla yeni müqavilə imzalanmayıb. Məktəb-liseyin direktoru vəzifəsinin icrası müvəqqəti olaraq direktor müavini Sədaqət Cəmiyevaya həvalə edilib.
Uzun müddətdir təhsil müəssisəsinin direktoru olan Rasim Muradovun hansı səbəbdən işdən çıxarılması ilə bağlı nə özünə, nə də ictimaiyyətə məlumat verilməyib.
Qeyd edək ki, Rasim Muradov eyni zamanda 57 saylı Xaçmaz DSK-nın 1 saylı məntəqəsinin sədridir. Həmin məntəqə də 8 saylı məktəb-liseydə yerləşir.
Nüşabə Baxşıyeva