Səbail rayonunun bəzi hissələrində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
“Den.az” xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, isti hava şəraitində elektrik xətlərində yarana biləcək yüklənmənin qarşısının alınması məqsədilə Səbail Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 18 iyulda yenidənqurma işləri həyata keçiriləcək.
Bununla əlaqədar olaraq saat 15:30-dan saat 17:00-dək rayonun 20-ci sahə adlanan ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.