Sumqayıt şəhərinin bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq.
Denmedia.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Bildirilib ki, şəhərin "Qurd dərəsi" adlanan ərazisinin bir hissəsində Şəhər Qaz Tənzimləyici Məntəqəsinin dəyişdirilməsi ilə əlaqədar qaz təchizatı müvəqqəti dayandırılacaq.
Aparılacaq işlərlə əlaqədar bu gün saat 11:30-dan etibarən ərazidəki 800 abonentin qazı kəsiləcək.
İşlər yekunlaşdıqdan sonra qazın verilişi bərpa ediləcək.

