Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında fasilə olacaq.
Denmedia.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Bildirilib ki, mövcud qaz sayğaclarının yeni xəttin üzərinə köçürülməsi ilə əlaqədar bu gün saat 12:00-dan etibarən, Sumqayıt şəhəri, Corat qəsəbəsi, məktəbin yanı - "dörd yol" ərazisində 500 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa ediləcək.

