Mayın 24-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, günün əsas hissəsində yağıntı gözlənilmir. Lakin gecə saatlarında bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman müşahidə oluna bilər.
Mülayim cənub-şərq küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 16-19 dərəcə, gündüz 23-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 759 millimetr civə sütununadək enəcək. Nisbi rütubət 65-75 faiz təşkil edəcək.
Azərbaycanın bəzi rayonlarında isə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Yüksək dağlıq ərazilərdə qar yağa bilər.
Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək.
Rayonlarda havanın temperaturu gecə 14-17 dərəcə, gündüz 23-28 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 4-9 dərəcə, gündüz 12-17 dərəcə, bəzi yerlərdə isə 20-23 dərəcə isti proqnozlaşdırılır.

