Fövqəladə Hallar Nazirliyi iyulun 7-8-də gözlənilən güclü küləklə bağlı əhaliyə müraciət edib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, həmin günlərdə hava şəraiti dənizdə olmağı təhlükəli edə bilər.
FHN vətəndaşları təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, güclü küləkli hava şəraitində dənizdə çimməkdən çəkinməyə çağırıb.
Nazirlikdən bildirilib ki, xəbərdarlıqlara məhəl qoymamaq insan həyatı üçün ciddi təhlükə yarada bilər.
Fövqəladə və ya təhlükəli vəziyyət yarandıqda vətəndaşlara dərhal 112 qaynar xəttinə müraciət etmələri tövsiyə olunub.

