Avqustun 27-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Paytaxtda havanın temperaturu gecə 21-24, gündüz 28-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75, gündüz 45-50 faiz təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq və dağətəyi ərazilərdə fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə qısamüddətli leysan, şimşək və dolu olacağı ehtimal edilir.
Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Rayonlarda havanın temperaturu gecə 21-26, gündüz 31-36 dərəcə isti, dağlarda isə gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq.

