Avqustun 28-də Bakı şəhərində və Azərbaycanın müxtəlif rayonlarında polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 2 avtomat, 6 tüfəng, 2 daraq və müxtəlif çaplı 69 patron aşkar edilərək götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bundan başqa, ötən sutka ərzində polis əməkdaşları tərəfindən ümumi çəkisi 1,3 kiloqram olan narkotik vasitələr də aşkar edilərək götürülüb.

